4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu

17:11 - 03 / 02 / 2023
4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu

Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir.

1news.az xəbər verir ki, 2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.

Qeyd edək ki, “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunur:

– Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

– Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

– Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

– Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

– Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

– Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

“Rəşadət” ordeninin üç dərəcəsi var. “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

Qafqazinfo

Paylaş:
274

Son xəbərlər

Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24Laçın-Xankəndi yolunda keçirilən aksiya 101 gündür davam edirBu gün, 09:15Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı, yaralılar var21 / 03 / 2023, 18:06
Bütün xəbərlər

Next TV