İnternatda böyüdü, Allaha söz verdi, anasını bağışlamadı – Bir sözlə məşhurlaşan Samiraldo ilə MÜSAHİBƏ - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

İnternatda böyüdü, Allaha söz verdi, anasını bağışlamadı – Bir sözlə məşhurlaşan Samiraldo ilə MÜSAHİBƏ - FOTO - VİDEO

Aynurə Xudaverdiyeva12:00 - 27 / 02 / 2023
İnternatda böyüdü, Allaha söz verdi, anasını bağışlamadı – Bir sözlə məşhurlaşan Samiraldo ilə MÜSAHİBƏ - FOTO - VİDEO

“Açıldı” sözü bəzən o qədər biədəb sözdür ki, mənə hərdən çatmır ki, insanlar buna niyə gülür?

Yaxşı, mən pul qazanmaq üçün deyirəm. Onlara nə gəlib? Niyə məni dəvət edirlər açılışlara?”.

Hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) 1news.az-a müsahibə verib.

- Samir Əliyev uşaqlıq illərini necə xatırlayır?

- İnternat evi, xəstə uşaqlar, erməni direktor, fiziki məhdudiyyətlərim, hər həftəsonu ailəsi ilə görüşməyə gedən uşaqlara həsrətlə baxmaqla... Biri var ki, insanın valideynləri ölür, elə yetim qalır, biri də var ki, atalı-analı yetim olur. Mən ikincidən idim. Deyim ki, valideynlərim kasıb idi, yox. Mənim anam çox imkanlı qadın olub. Mən Moskvada doğulmuşam. Atam indi rəhmətə gedib. Anam mənlə barışmaq üçün dəfələrə cəhd edib, lakin mən buna icazə verməmişəm. Bilirsiniz niyə? Çünki mənim ona ehtiyacım olanda, kimsəsiz, xəstə, ac qalanda, Allaha yalvaranda o mənim yanımda deyildi. Baxmayaraq ki, o imkanla mənə baxıcı da tuta bilərdi. Amma etmədi. Heç maraqlanmadı da. Ona görə, onu heç vaxt bağışlaya bilmərəm. Mən Allaha çox dualar etdim. Tanrıya söz verdim ki, fiziki olaraq məni sağaltsa, heç bir vaxt kimdənsə bir tikə çörək belə ummayacam. Hər dəfə bu sözü xatırlayıram. İndiyə kimi kimdənsə bir tikə çörək istəməmişəm. Mən elə çətinliklərə öyrənmişəm ki, günlərlə bir zoğal mürəbbəsi və quru çörəklə də yaşaya bilərəm. 3 dəfə insult keçirdim. Səbəbi bilirsiniz nə idi? Məni təhqir edəndə, məni kimsə söyəndə vecimə olmur. Amma kimsə mənə yetim deyəndə çox pis oluram. Bir dəfə instaqramda bir rəy gördüm, yazmışdılar yetimsən. O söz məni çox pis tutdu, ürəyimə saldım. Sonra gördüm ki, məndə nəsə düz getmir. Həkimə getdim məlum oldu ki, üçüncü dəfə insult keçirmişəm. Həkim mənə məsləhət gördü ki, yaşamaq istəyirsənsə, bu peşədən get. Sonra Allaha verdiyim söz yadıma düşdü. Mən bu peşədən getsəm, əlim-ayağım yaxşı işləmir. Necə pul qazanacam? Axı heç bir fiziki iş görə bilmirəm. Sonra getdim evə. Əlimdə illərdir işləyib yığdığım cəmi 3000 manat pul var idi. Qoydum qarşıma dedim: “Samir, sən ömrünün axırına kimi bu pulla yaşaya bilərsən?”. Hər əziyyətə alışmışam. Buna da alışaram. Bir gün maşında bir video çəkdim. Elə bil həmin video ilə Allah mənim də qapımı açdı. Mənə kömək elədi. Videoda “Açıldı” deyirdim. Bilirsiniz ki, mən o sözə görə, nə qədər pul qazanmışam? Ondan sonra özümə ev də aldım. Məni açılışlara dəvət edirdilər. Bir sözə görə, 5.000 dollar qonarar belə almışam. Bu günkü gün Allahıma çox şükür edirəm.



- Samiraldo sizin obrazınızdır yoxsa gündəlik həyatda da Samiraldosunuz?

- Cəmiyyətdə mənim cinsi oriyentasıyamın fərqli olduğunu düşünürlər. Mən demirəm elə biriyəm. Bu mənim obrazımdır. Bir var Samiraldo, bir də var Samir Əliyev. Onların oxşar xüsusiyyətləri var. İkisi də ürəyi yumuşaq, kövrək insanlardılar. Çətinlik görüblər. Mən heç kimə bunu arzulamıram. Real həyatda Samir Əliyevəm. Kişi paltarı geyinən kimi, kişi kimi görsənirəm. Mən özümü satmıram, özümü pis yola salmamışam. Sadəcə obraz yaradaraq həyatda qalmaq üçün çalışıram, kiməsə möhtac olmaq istəmirəm. Pensiya da ala bilərəm. Amma müraciət belə etməmişəm. Niyə? Çünki Allaha söz vermişdim. O məni sağaldıb, mən kimdənsə çörək uma bilmərəm.

- Cinsi oriyentasiyaniz müzakirə olunur. Kimisi deyir obrazdır, kimisi deyir Samir homoseksualdır...

- Çox jurnalistlər mənimlə reytinq yığmağa çalışdılar. Kamera açılana kimi, üzümə güldülər. Kamera açılanda isə dəyişdilər. Məni efirlərə çağırıb təhqir etdilər, mənim şəxsiyyətimi alçatdılar. Bunlar mənə çox pis təsir edir. Axı mənlə danışanda elə demirdilər. Bəzi jurnalistlər kamera açılan kimi tamam dəyişir. Siz mənlə çox mədəni, mülayim danışırsınız. Kamera açılanda da dəyişmədiniz. Bilirsiniz, bunlar insani keyfiyyətlərə bağlı olan məsələrdir. Elə jurnalistlər var ki, mən onlara bir də heç bir vaxt müsahibə vermərəm. Çünki onlar sırf reytinq xatirinə mənə öz səviyyələrində suallar verirlər. Mən onların düşündüyü kimi bir insan deyiləm. Heç vaxt hər hansısa kişi ilə münasibətim də olmayıb. Mən stilistəm, qadın gözəlliyini bəyənirəm. Bax məsələn gələn kimi sizin makiyaja fikir verdim. Çox sadə və gözəl alınıb. Mən bunu hiss edirəm. Qadın kimi geyimlər geyinməsəm, bu obrazı yaratmasam, mən qadınları tam anlaya bilmərəm. Bəziləri kimi, qoluma oğlan taxıb sevgilimdir deyə gəzmirəm.



- Stilist olmasanız hansı peşəyə yiyələndiniz?

- Düşünürəm ki, heç nəyə. Çünki əlimdən başqa bir iş gəlmir. “Açıldı” sözü bəzən o qədər biədəb sözdür ki, mənə hərdən çatmır ki, insanlar buna niyə gülür? Yaxşı, mən pul qazanmaq üçün deyirəm. Onlara nə gəlib? Niyə məni dəvət edirlər açılışlara? Mən hətta toylara belə gedirdim. Oxuduğum mahnılar heç də yaxşı deyil. Amma cəmiyyət bunu tələb edir. Soruşsanız ki, öz mahnılarına qulaq asırsan? Yox. Mən Azərbaycanın korifey sənətkarlarına qulaq asıram. O mahnıları toylara gedib, pul qazanmaq üçün oxuyuram. Bu gün toy bazarında ən bahalı toylara gedən Nuri Serinledicidir. Mən öz mahnılarımda insanların rəqs edib əyləndiyini görəndə fikirləşirəm ki, burada axı yaxşı olan nədir? Ona görə, qiymətləri lap yüksəyə qoydum. İnanırsınız məni yenə də toylara dəvət etdilər. Sadəcə təəccüblənirəm. Hazırda toylara getməyim çox bahadır. Ona görə, elə də çox dəvət almıram.

- Özünüzə rəqib gördüyünüz stilist kimdir ?

- Düşünürəm ki, məni vurdular. Mən uzun müddət Avroviziyada stilist olaraq çalışmışam. Safuranı mən bəzəyəcəkdim. Sonra məni ciddi bir səbəb olmadan uzaqlaşdırdılar. Lakin Safura, "mən istəyirəm ki, məni Samiraldo bəzəsin" dedi. Onun üzünü yaxşı tanıyırdım. Məşqlər zamanı dedilər Azad Rəhimov gəlir. Safuranı tez apardılar. Dedim gözünün birini makiyaj etmişəm, o biri qalıb. Dedi ki, Azad Rəhimov gəlib. Tez getməliyəm. Sonra onu yarımçıq makiyajla gördülər. Anar Ağakişiyev Safuraya etdiyim makiyaja görə, mənə etiraz elədi.

- Hansı məşhurlar zövqsüzdür?

- Zövqsüz deməzdim hər birinin özünə uyğun geyim tərzi var. Amma Rəqsanə öz danışıq tərzinə görə geyinmir. Çox haylı-küylü xanımdır. Rəqsanə mənə çox yaxşılıqlar edib. Moskvada tədbirdə pul qazanmağıma kömək edib. Mən Rəqsanənin yaxşılıqlarını unutmaram. Düşünürəm biraz astadan danışsa, çox yaxşı olar. Geyiminə də uyğun olar. Amma zövqlü geyinir.

- Bəs hansı məşhurların zövqünü bəyənirsiniz?

-Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və başqaları. Çox gözəl geyim tərzləri var.

- Niyə ailə həyatı qurmadınız? Bir ara xəbər yayılmışdı ki, Samiraldo evlənir. Doğrudan da evlənirdiniz, yoxsa sadəcə bir zarafat idi?

- Ailə həyatı qurmağı ona görə istəmədim ki, çünki bu obraz mənim övladım üçün travma olacaqdı. Nə qədər desəm də atan elə biri deyil o, cəmiyyətin basqısını görəcəkdi. O uşağı travmalı biri kimi böyütmək istəməzdim. Yoldaşım məni nə qədər obrazıma əhəmiyyət vermədən qəbul etsə də mütləq ki, bir yerdə ona bu haqda qəlbqırıcı söz deyiləcək. Mənim fikrimcə, ailə qurmaq zarafat deyil, çox böyük məsuliyyəti var. Bu gün 50-yə yaxın yaşım var. Uşaq da deyiləm. Bilirsiniz mənə illər öncə Londonda yaşayan bir xanım evlilik təklifi etdi. Elə fikirləşdim ki, məni ələ salır. Digər insanlar kimi düşündüm o da ələ salır. Fikirləşdim ki, o ələ salırsa, mən də onu ələ salacam. Dedim yaxşı evlənək. Sonra gördüm ki, yox bu insan ciddidir. Nikah tarixi filan götürüb. Onda bildim ki, ələ salmırmış. Mən ona mədəni şəkildə bildirdim ki, ailə məsuliyyətini götürəcək biri deyiləm. Çox tarvmalar yaşamışam və istəmirəm o travmaları fərqli formada övladıma yaşadım. Deməsinlər ki, atan belədir, elədir.

Müsahibənin davamını və daha tam olaraq buradan videodan izləyə bilərsiniz:

Paylaş:
4424

Sizin üçün xəbərlər

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilibBu gün, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdürBu gün, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52
Bütün xəbərlər