Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edildi
Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edildi.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti bildirib ki, fevralın 12-si bazar günü bütün ölkədə və xarici nümayəndəliklərdə bayraqlar günəş batana qədər yarıya qədər endiriləcək.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
458