Azərbaycan xalqı qardaşlarına yardım etmək üçün səfərbər olub - Yardım toplama məntəqəsindən FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Azərbaycan xalqı qardaşlarına yardım etmək üçün səfərbər olub - Yardım toplama məntəqəsindən FOTOREPORTAJ

Qafar Ağayev15:34 - 08 / 02 / 2023
Azərbaycan xalqı qardaşlarına yardım etmək üçün səfərbər olub - Yardım toplama məntəqəsindən FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi Azərbaycanda qardaş ölkə Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyaları davam edir.

Xüsuslə paytaxt Bakıda bir neçə ünvanda yardımlar toplanır. Ötən gün ilk olaraq Babək prospektində yerləşən Doğtaş Mebel salonunun qarşında qəbul məntəqəsi yaradılmışdı, bu gün isə nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib.

Ötən gün olduğu kimi bu gün də Bakı sakinləri qəbul məntəqələrinə səfərbər olublar. Paytaxt sakinləri zəlzələdən zərərçəkənlərə lazım olan məhsulları toplayıb məntəqələrə gətirirlər.

1news.az-ın fotoqrafı Heydər Əliyev adına İdman Konsert Kompleksində olan yardım toplama məntəqəsində olub.

Yardım toplama məntəqəsindən fotoları təqdim edirik:

FOTO: Nadir İbrahimli

Paylaş:
2030

Son xəbərlər

Bütün xəbərlər