Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb
1news.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.
***
08:54
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
F.Oktayın sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı 72 879 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
740