Bakıda 15 yaşlı yeniyetmə anasını öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 15 yaşlı yeniyetmə anasını öldürdü

12:00 - 10 / 02 / 2023
Bakıda 15 yaşlı yeniyetmə anasını öldürdü

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər