Türkiyənin zəlzələ bölgəsinə təbii qazın verilməməsinin səbəbləri açıqlanıb

Zəlzələnin fəsadlarının çox olduğu ərazilərə qaz verilişini dayandırmışıq.
1news.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Nazir qaz verilməməsinin səbəblərini açıqlayıb: “Zəlzələ bölgəsi təhlükəli durumdadır, orada qaz verilişi bərpa olunarsa, bir sıra yanğın və partlayışlar ola bilər. Bu kimi hadisələr dəfələrlə dünya praktikasında yaşanmış şeydir. Amma zamanla təbii qazın bölgəyə verilişini təmin edəcəyik”.
470