AKTA üzvləri və tərəfdaşları qardaş Türkiyəyə dəstək - FOTO

AKTA üzvləri və tərəfdaşları qardaş Türkiyədə xilasetmə və texnoloji dəstək missiyasını yerinə yetirir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi, İsrailin “AS-Holdings” və Türkiyənin "PAVO Group" şirkətlər qrupunun birgə təşkilatçılığı ilə cəlb olunmuş mütəxəssis qrupunun İsraildən gətirilmiş texnoloji avadanlıqlar vasitəsilə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin tapılması ilə bağlı fəaliyyəti AFAD-ın koordinasiyası altında davam edir.
Bununla yanaşı, zəlzələdə zərər çəkmiş şəxslər adıçəkilən şirkətlər qrupu tərəfindən çadırlar, istilik sistemləri və qida məhsulları ilə təmin edilirlər.
Qeyd edək ki, AKTA-nın tərəfdaş şirkətlərinin nümayəndələri Ruthie-Rubin Gross, Mahir Yüksəl və Ahmet Yavuz Bal da dağıntılar olan bölgələrdə həyata keçirilən xilasetmə işlərində və humanitar yardım kampaniyalarının həyata keçirilməsində birbaşa iştirak edirlər.
Bir daha, zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Yanındayıq, Türkiyə!









