AYNA 433 vətəndaşımızı zəlzələ bölgəsindən Bakıya gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA 433 vətəndaşımızı zəlzələ bölgəsindən Bakıya gətirib

13:52 - 13 / 02 / 2023
AYNA 433 vətəndaşımızı zəlzələ bölgəsindən Bakıya gətirib

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.

1news.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir ki, AYNA tərəfindən təşkil olunan 11 təxliyə avtobusu ilə indiyədək 433 vətəndaşımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.

“Vətəndaşlar ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırlır. Hazırda sərhəddə ehtiyat avtobusları da mövcuddur”, - deyə məlumatda bildirilir.

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər