FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO - VİDEO

15:04 - 13 / 02 / 2023
FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO - VİDEO

Türkiyədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər