Ötən il ölkədə tikilən və ya təmir edilən avtomobil yollarının uzunluğu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il ölkədə tikilən və ya təmir edilən avtomobil yollarının uzunluğu açıqlanıb

12:40 - 18 / 02 / 2023
Ötən il ölkədə tikilən və ya təmir edilən avtomobil yollarının uzunluğu açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 803,5 kilometr avtomobil yolları, prospekt və küçələr tikib, yenidən qurub və təmir edib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, 2021-ci ildə tikilən və təmir edilən yolların uzunluğu 728,3 kilometr olub.
Ötən il tikilən yolların 243,3 km-i respublika, 398 km-i yerli əhəmiyyətlidir. 2022-ci il ərzində isə Bakı şəhərində 171,2 kilometr yol yenidən qurulub.

Paylaş:
443

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər