Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur

13:57 - 22 / 02 / 2023
Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva 1news.az-a bildirib ki, havada tozun miqdarı 1,6-3 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər