Bakıda 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi ilə bağlı müzakirə aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi ilə bağlı müzakirə aparılıb

Qafar Ağayev11:01 - 22 / 02 / 2023
Bakıda 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi ilə bağlı müzakirə aparılıb

21 fevral 2023-cü il tarixində 147 nömrəli Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.

Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər