Azərbaycanın L’ARC moda brendi CRASH adlı yeni kolleksiyasını təqdim etdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın L’ARC moda brendi CRASH adlı yeni kolleksiyasını təqdim etdi - FOTO - VİDEO

11:37 - 22 / 02 / 2023
Azərbaycanın L’ARC moda brendi CRASH adlı yeni kolleksiyasını təqdim etdi - FOTO - VİDEO

Four Seasons Hotel Baku'da L’ARC brendinin CRASH adlı yeni kolleksiyasının qapalı moda nümayişi keçirilib.

Azərbaycanın L’ARC moda brendi 2019-cu ildə təsis edilib. Onun təsisçisi və kreativ dizayneri Kamilla Babayevadır. Brendin fəlsəfəsi müasir, cəsarətli və özünə güvənən, moda eksperimentlərindən qorxmayan və dəblə ayaqlaşan, bəzən hətta onu qabaqlayan qadının qüsursuz stilinə əsaslanır.

Təkcə tanınan parlaq və cəsarətli dizayn dəst-xətti deyil, həm də qüsursuz yüksəkkeyfiyyətli tikilişi L’ARC’ı qısa müddət ərzində paytaxt modasevənlərinin sevimli brendlərindən birinə çevirdi və hər yeni kolleksiyanın buraxılması brendin uğurunu daha da gücləndirdi.

L’ARC’ın yeni kolleksiyasının adı CRASH’dır ki, bu da ingilis dilindən tərcümədə «qəza» deməkdir. Onun əsas mesajı nəzərəçarpan cəsarət və inanılmaz qorxmazlıqdır ki, bu da öz növbəsində qeyri-adi ekstravaqantlıq, sadə eleqantlıq və mümkün səmimiyyətlə vəhdət təşkil edir.

Kolleksiya Four Seasons Hotel Baku’da böyük uğurla keçirilən qapalı nümayişdə təqdim olunub. Tədbirdə Azərbaycan moda sənayesinin nümayəndələri, aparıcı influenser və bloqerlər və L’ARC brendinin pərəstişkarı olan şou-biznes ulduzları iştirak ediblər.

Xüsusilə vurğulayaq ki, nümayişin musiqili müşayiəti Backeer tərəfindən eksklüziv olaraq L’ARC brendi üçün hazırlanıb.

L’ARC brendinin instaqram səhifəsi - https://www.instagram.com/larccollection/

Reklam hüququnda

Paylaş:
485

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər