Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16:13 - 25 / 02 / 2023
Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər