Təlim və Tədris Mərkəzində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təlim və Tədris Mərkəzində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Qafar Ağayev11:37 - 26 / 02 / 2023
Təlim və Tədris Mərkəzində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində anım mərasimi keçirilib.
1news.az
xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.

Anım mərasimində çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin başına gətirdikləri işgəncələrdən və törədilən cinayətlərdən danışıblar.

Qeyd olunub ki, Xocalı soyqırımına ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünyanın bir çox ölkə və şəhərlərində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığı da xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını alıb.

Paylaş:
396

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər