Emin Əmrullayev: Dünya təhsil sistemində qruplar yoxdur

Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin may ayında yaradılmasını planlaşdırırıq.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O bildirib ki, artıq işlərin böyük qismi geridə qalıb:
"Hüquqi normativlə bağlı müvafiq əsasnamələr hazırlanıb və müvafiq qurumlıara göndərilib. Bəzi dəyişikliklər elm və təhsil haqqında qanunlara dəyişiklik edilməsini tələb edir. Düşünürəm ki, bu, bir neçə ay davam edəcək. Ümumilikdə agentliklərin may ayında yaradılmasını planlaşdırırıq. Artıq növbəti tədris ilinin hazırlıqlarını Elm və Təhsil Nazirliyi yox, Agentliklər edəcək”.
Həmçinin nazir dünya təhsil sistemində qrupların olmadığı məsələsinə də toxunub.
765