Bakıda mənzildə meyit aşkarlanıb
![Bakıda mənzildə meyit aşkarlanıb](/images/2023/03/01/20230301091834222/thumb.jpg?2023-03-01+09%3A19%3A47)
Bakıda mənzildə meyit aşkarlanıb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, nazirliyin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
221