“Azeronline” Kürdəmir rayonunda 20 minə yaxın ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb

“Azeronline BM” LTD ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməyə davam edir.
Qeyd olunan layihə çərçivəsində Azəronline şirkəti yüksəksürətli fiber-optik internet xidməti ilə bütünlüklə təmin etdiyi regionlardan biri də Kürdəmir rayonudur. Bu ərazidə 2021-ci ilin may ayından etibarən GPON texnologiyası (Gigabit Passive Optical Networks – Giqabit Passiv Optik Şəbəkə) ilə şəbəkə qurmaq məqsədilə təmir-tikinti işlərinə başlanılmışdır. Artıq 3500-ə yaxın ev təsərrüfatını əhatə edən 15 kənddə - Ərşəli, Məhərrəmli, Pirəköçə, Qaramahmudlu, Şahsevən, Sovla, Söyüdlər, Carlı, Quşlar, Çöl Ərəb, Ərəbxana, Çərtəyəz, Bəyi, Xəlsə kəndlərində və eləcə də Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış kompleksində yüksəksürətli fiber-optik internet xidməti əhaliyə təqdim olunur. Qeyd olunan ərazilərdə artıq 1600-dən artıq abonent təqdim olunan xidmətin istifadəçisidir.
Yaxın gələcəkdə Muradxan, Qocalı, Mehdili, Axtaçı, Axtaçı Qarabulaq, Öyləqulu, Dayıkazımlı, Qoçulu, Sor Sor kəndlərində də fiber-optik internet xidmətinə qoşulmalar aktivləşdiriləcəkdir. Bu isə 2300-dən artıq ev təsərrüfatının GPON texnologiyası əsasında keyfiyyətli və sürətli internet xidmətindən istifadə imkanı qazanması deməkdir.
Ümumilikdə, 2023-cü ilin planına əsasən il sonunadək Kürdəmir şəhər mərkəzi və eləcə də Qaraqocalı, Topalhəsənli, Şıxımlı, Atakişili, Qarasu, Şilyan kəndləri ərazisində yerləşən daha 13 600 ev təsərrüfatı üçün fiber-optik internet xidmətinə qoşulmaq imkanı yaradılacaqdır.
Məlumat üçün bildiririk ki, adları çəkilən kəndlərin bir çoxunda rabitə infrastrukturu və telefon xətləri öncədən mövcud olmadığından əhalinin internet qlobal şəbəkəsinə qoşulma imkanları məhdud olub. Bu səbəbdən müasir texnoloji yollarla təqdim olunan yüksəksürətli internet xidmətinə bu ərazilərdə böyük ehtiyac duyulur. Təqdim olunan fiber-optik internet xidməti əhalinin, xüsusən də yeniyetmə və gənclərin fərdi və peşəkar inkişafında böyük rol oynayır.
Missiyası sürətli internet bağlantısını ölkənin hər bir guşəsində əhali üçün əlçatan etmək olan şirkət, strategiyasına uyğun olaraq ən ucqar yaşayış məntəqələrində belə şəbəkə quruculuğu və abunəçi qoşulması əməliyyatlarını uğurla həyata keçirir.
“Azeronline BM” LTD tərəfindən təklif olunan internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı, naqilsiz qoşulma və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 15 AZN-dən başlayır.
“Azeronline BM” LTD-nin Çağrı Mərkəzi ay ərzində 25 mindən çox zəng qəbul edərək 24/7 aktiv müştəri xidmətləri göstərir. GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyənlər ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda Optik İnternet istifadəçisinə çevrilə bilərlər.
Şirkət haqqında
“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir. 70 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.
Reklam hüququnda