Xətaidə hipermarketə marketə silahlı hücum edənlərdən birinin kimliyi bəlli olub - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, bu gün Bakıda hipermarketlərdən birinə silahlı hücum olub, bir nəfər öldürülüb.
1news.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir.
Görülmüş tədbirlərlə o, zərərsizləşdirilmişdir.
Digər şəxs isə saxlanılıb.
1082