Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

09:44 - 06 / 03 / 2023
Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

1news.az-ın “Report”a istinadən verdiyi məlumata görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər