AZAL 8 mart münasibətilə bir sıra istiqamətlər üzrə aviabiletlərə güzəşt elan edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL 8 mart münasibətilə bir sıra istiqamətlər üzrə aviabiletlərə güzəşt elan edib

Qafar Ağayev12:50 - 06 / 03 / 2023
AZAL 8 mart münasibətilə bir sıra istiqamətlər üzrə aviabiletlərə güzəşt elan edib

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” bəşəriyyətin zərif yarısının nümayəndələri üçün Bakıdan məşhur istiqamətlər üzrə aviabiletlərə 30% güzəşt elan edib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel 2023-cü il tarixləri arasında uçuşlara şamil edilir.

Belə ki, Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlara 30% güzəşt tətbiq olunur: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı.

Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.

Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə AZAL bütün xanımları təbrik edir və onlara xoşbəxtlik, firavanlıq və gözəl əhval-ruhiyyə, həmçinin aviaşirkətlə maraqlı səyahətlər arzulayır!

Paylaş:
288

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər