“Mərmər soyuğu” filmi Fransada 3 mükafat qazanıb | 1news.az | Xəbərlər
Şou-biznes

“Mərmər soyuğu” filmi Fransada 3 mükafat qazanıb

09:17 - 08 / 03 / 2023
“Mərmər soyuğu” filmi Fransada 3 mükafat qazanıb

Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib.

1news.az ​​​​​​xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın 3 mükafatına layiq görülüb: Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Marc Haaz jüri mükafatlarıdır. Festivalda filmi rejissor Asif Rüstəmov təmsil edir.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Qeyd edək ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək. “Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.

“Mərmər soyuğu” filmi film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. Festivalın əsas müsabiqə proqramında “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya Beybəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.

Paylaş:
600

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV