Bakıda qəzaya düşən kuryer 5 gün sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəzaya düşən kuryer 5 gün sonra ölüb

09:14 - 13 / 03 / 2023
Bakıda qəzaya düşən kuryer 5 gün sonra ölüb

Bakıda avtomobilə çırpılan moped sürücüsü 5 gün sonra ölüb.

1news.az xəbər verir ki, hadisə martın 7-də Səbail rayonu, Salyan şosesində yerləşən “Golden Goast” hotelinin yaxınlığında qeydə alınıb.

Ələsgərov Məzahir Nofəl oğlu kuryer kimi işlədiyi moped ilə hotelin yaxınlığında parklanmış vəziyyətdə olan avtomobilə dəyib.

Məzahir Ələsgərov xəstəxanaya yerləşdirilsə də, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər