Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb

14:15 - 17 / 03 / 2023
Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb

Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər