Ötən il Azərbaycanda saxlama və təcridetmə mərkəzlərinə bu qədər uşaq yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Azərbaycanda saxlama və təcridetmə mərkəzlərinə bu qədər uşaq yerləşdirilib

16:23 - 17 / 03 / 2023
Ötən il Azərbaycanda saxlama və təcridetmə mərkəzlərinə bu qədər uşaq yerləşdirilib

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı açıqlanıb.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda müxtəlif qanun pozuntularına yol verdikləri üçün polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4 805, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib.

Bildirilib ki, onların biri haqqında qanunauyğun tədbirlər görülüb. Həmin şəxslərdən 258-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalara 352 material göndərilib.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər