Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir

Qafar Ağayev17:12 - 17 / 03 / 2023
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən hazırda Böyük Qafqazın Qəbələ və Qusar rayonlarının, Kiçik Qafqazın Göygöl və Laçın rayonlarının ərazisindən keçən çayların hövzəsində qarölçmə işləri davam edir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev 1news.az-a bildirib ki, Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Quba rayonlarının ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa və Xocavənd rayonlarında, o cümlədən Naxçıvan MR ərazisində isə qarölçmə işləri artıq başa çatıb.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər