Azərbaycanda Teatr forumu keçiriləcək

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, forum Heydər Əliyev Mərkəzində baş tutacaq.
Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.
427