FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb - FOTO

Qafar Ağayev10:45 - 17 / 03 / 2023
FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.

1news.az xəbər verir ki, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.

Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.

Paylaş:
359

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər