Bakı sakinlərinə qarşı cibgirlik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinlərinə qarşı cibgirlik edilib

15:42 - 20 / 03 / 2023
Bakı sakinlərinə qarşı cibgirlik edilib

Bakı sakinlərinə qarşı cibgirlik edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri S.Quliyevin və Ş.Əmrahovanın mobil telefonlarını, R.Ağayevin isə içərisində sənədləri, bank kartları olan pul qabısını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Mehtiyev saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər