Ölkədə 2 gün ərzində cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə 2 gün ərzində cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb

10:38 - 20 / 03 / 2023
Ölkədə 2 gün ərzində cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb

Martın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 138, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.

Paylaş:
370

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər