Satıcı marketdən 10 min manatlıq oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Satıcı marketdən 10 min manatlıq oğurluq etdi

11:07 - 22 / 03 / 2023
Satıcı marketdən 10 min manatlıq oğurluq etdi

Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

Paylaş:
324

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər