Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTO

15:03 - 24 / 03 / 2023
Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTO

iPhone 13-ün funksiyalarına ümumi baxış: Bu modeli hamıya uyğun edən nədir?

“Apple” şirkəti “iPhone 13”ün baza versiyasını 2021-ci ildə təqdim etdi. Bu model daha yaxşı kamera, güclü “A15 Bionic” prosessoru və əvvəlki modellərlə müqayisədə daha həcmli batareya ilə təchiz edilmişdi. Bu məqalə“iPhone 13”ün kimlər üçün əvəzedilməz qadcet olmasından və onu hamıya uyğun edən amillərdən bəhs edir.

“iPhone 13” smartfon silsiləsinin baza versiyası özündən əvvəlki modellərdən bizə yaxşı tanış olan dizaynı mənimsəyib. Bura düz kənarlar, möhkəm, şüşəarxa panel və minimum sayda texniki dəliklər daxildir. Smartfonun korpusu möhkəm aviasiya alüminindən hazırlanıb. Ən çox dəyişikliklər kameralarla bağlıdır: artıq arxa paneldəki kamera diaqonal şəkildədir, displeydə yerləşən ön kameranın altındakı çıxıntı isə nisbətən daha balaca olsa da, yüksək səviyyəli çəkiliş keyfiyyətini və “Face ID” ilə smartfonun açılması funksiyasını qoruyub saxlayıb

“iPhone 13”ün displeyi artıq daha parlaqdır. Daha hətta birbaşa günəş şüaları belə cihazdan istifadə etməyə mane olmur, mətn və təsvirlər isə dəqiq və canlı görünür. Bu isə smartfondan daha çox qeyri-ofis şəraitində istifadə edənlər üçün xüsusilə rahatdır. Məsələn, bu model vasitəsilə sürücülər çətinlik çəkmədən naviqatordan yararlana, telefondan istifadə edən blogerlər və ya rejissorlar isə küçə çəkilişləri zamanı daha yaxşı kadrlar əldə edə bilərlər.

Özün öz rejissorun ol

“iPhone 13” kamerası daha çox işıq udur ki, bununla da, kifayət qədər işıqlanmanın olmadığı gecə şəraitində və ya qaranlıq məkanlarda həm detalizasiyanı artırır, həm də kənar səsləri azaldır. Əgər həvəskar fotoqraf və ya sadəcə keyfiyyətli şəkil həvəskarısınızsa, “iPhone 13” smartfonlarının kameraları kompaktlığı və heç bir təlimatsız istifadə sadəliyi sizin üçün idealdır.

Yeri gəlmişkən, zəif işıqlanma şəraitində ştativdən və ya əl üçün dayaqdan istifadə etmək tövsiyə olunur. Bu, kiçik titrəmələrin və kadrın pozulmasının qarşısını alır.

“iPhone 13”ün əsas özünəməxsusluğu olan “kino rejimi” sayəsində özünüzü peşəkar videooperator kimi hiss edəcəksiniz. Bu effekt sayəsində kamera avtomatik olaraq kadrdakı obyektlərə fokuslanır, çəkilmiş materialda kadrın kəskinliyini və dərinliyini dəyişir. Nəticədə, video düzgün işıqlanmaya və vurğulara malik qısametrajlı filmə çevrilir.

Sevimli məşğuliyyətlər üçün yeni imkanlar

Bu modelin yüksək effektivliyi smartfonla eyni zamanda bir neçə iş yerinə yetirməyə, heç bir ləngimə və dayanma olmadan paralel olaraq bir neçə tətbiqdən istifadə etməyə imkan verir. “Reels” və ya “TikTok” üçün videoçarxın üzərində işləyirsiniz? Fotosessiyada çəkilmiş fotoları emal edirsiniz? Sevdiyiniz onlayn oyunu oynamaq istəyirsiniz? “iPhone 13” hətta ağır tətbiqlərin və mobil oyunların da öhdəsindən gələ bilir.

“iPhone 13”ün enerji tutumluluğu da artıb: bir dəfə şarj edilmiş batareya 19 saat fasiləsiz videoya baxmağa və ya 75 saat musiqi dinləməyə imkan verir. Bu müddət ərzində Marafon qaçışını 18 dəfə tamamlaya, yaxud Əbu-Dabi və Nyu-York şəhərləri arasında 5 dəfə gedib-qayıda bilərsiniz. Smartfon naqilsiz cihazlar və ya “MagSafe” cihazı ilə şarj etməni dəstəkləyir.

“iPhone 13” kimlər üçün uyğundur?

“iPhone 13” “Apple” texnikasından istifadə təcrübəsi olmayanlar, ilk smartfon modelini əldə etmək istəyənlər və ya yaxınlarına hədiyyə almaq istəyənlər üçün optimal seçimdir. Smartfon istənilən işıqlanma şəraitində çəkiliş aparmağa imkan verən, balanslaşdırılmış və yüksək keyfiyyətli çəkilişi təmin edən kameraya malikdir. Yaddaqalan dizayna malik bu smartfonun texniki xüsusiyyətləri eyni zamanda bir neçə iş görməyə imkan verir. Modelin rəng palitrasına 5 rəng daxildir: Pink, Blue, Midnight, Starlight və (PRODUCT)RED.

Martın 26-dək "iPhone 13” smartfonlarını rəsmi resellerlərdən 1699 AZN-dən başlayan qiymətlərlə əldə etməyə tələsin: “iSpace”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics”, “MyShops”, “Bytelecom”, “Maxi”.

Reklam hüququnda

Paylaş:
532

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər