Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

11:19 - 23 / 03 / 2023
Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, prodüser Oqtay Əliyev bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Daha əvvəl onun Mehdiabad qəbiristanlığında torpağa tapşırılacağı bildirilirdi.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib. Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

"SOY Production"un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib.

Paylaş:
438

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər