Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb

12:17 - 25 / 03 / 2023
Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər