Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edir

Qafar Ağayev10:05 - 27 / 03 / 2023
Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında müsabiqə elan edir.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat;

II yer - 1 nəfər - 800 manat;

III yer - 3 nəfər - 500 manat.

Müsabiqə mükafatçılarının adları 2023-cü ilin 20 iyul tarixində açıqlanacaq.

Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş materiallarda aşağıdakılara üstünlük veriləcək:

- materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;

- analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

- ifadə vasitələrinin zənginliyinə;

- oxucu üçün informasiyalılıq dərəcəsinə;

- müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətinə;

- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 2023-cü ilin 30 iyun tarixinədək televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yayımlanan yazı və ya videomateriallar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən), videomateriallar isə 20 dəqiqədən çox olmamalıdır.

Materiallar “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur” epiqrafı ilə yayımlanmalıdır.

Qeyd:

Yazının və ya videomaterialın müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmaya da bilər.

Müsabiqə üçün materialların təqdim edilməsi

Müsabiqə üçün aşağıdakı sənəd və materiallar mövzu hissəsinə “Müsabiqə üçün təqdim olunur” qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir:

- müsabiqə üçün təqdim edilən yazı və ya videomaterial;

- müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

- müəllifin şəxsiyyət vəsiqəsinin surəti;

- müəllifin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- materialın yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi;

- material elektron media resursunda yayımlandığı halda, bunu təsdiqləyən link.

Qeyd: müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Müsabiqə üçün yazı və ya videomaterialın hazırlanması məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, o cümlədən qapalı iş rejimində (bunker) işin təşkili ilə yaxından tanış olmaq istəyən müəlliflərə müraciətləri əsasında müvafiq şərait yaradılacaqdır.

Əlavə məlumat üçün əlaqə vasitələri:

Telefon: (+99412) 310 53 16 (daxili 1117)

E-mail: press@dim.gov.az

Paylaş:
317

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər