Xaricdə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayıb

Qafar Ağayev14:18 - 30 / 03 / 2023
Xaricdə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayıb

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayıb.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilir. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Sənəd qəbulu üçün son tarix 1 iyun 2023-cü il saat 23:59 müəyyən edilib.

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Yeni siyahı aşağıdakı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 194 ali təhsil müəssisəsində ümumilikdə 4156 təhsil proqramını (595-i bakalavriat, 3561-i magistratura olmaqla) əhatə edir:

1. informasiya texnologiyaları;
2. mühəndislik;
3. statistika və verilənlərin təhlili;
4. fundamental və tətbiqi elmlər;
5. ictimai səhiyyə;
6. təhsil;
7. ətraf mühit;
8. aviasiya və kosmos;
9. dövlət idarəetməsi;
10. nəqliyyat və logistika;
11. energetika;
12. iqtisadiyyat;
13. maliyyə;
14. arxitektura və dizayn;
15. kənd təsərrüfatı.

Sözügedən siyahıda prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin beynəlxalq reytinq sistemlərində ilk onluğa (ixtisas reytinqi nəzərə alınmır) daxil olmuş ali təhsil müəssisələri tərəfindən təqdim edilən bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.

Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

Paylaş:
244

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər