Milli parkda baş verən yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli parkda baş verən yanğın söndürülüb

Qafar Ağayev11:28 - 30 / 03 / 2023
Milli parkda baş verən yanğın söndürülüb

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ərazidə növbətçilik təşkil edilib.

Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər