Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEO

Qafar Ağayev10:19 - 31 / 03 / 2023
Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu" mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

1news.az xəbər verir ki, yüksək səviyyəli iclas Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş “Sıfır tullantı” təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assambleyasının qətnaməsinə həsr edilib.

Tədbirdə çıxış edən Əminə Ərdoğan insanların planetimizdə balanslı və ölçülü şəkildə dərin bağlara malik mövcud rəngarəngliyin bir parçası olduğunu söyləyib. O, qeyd edib ki, bu baxımdan milyonlarla canlıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq. Planetimizi qorumaq hər birimizin məsuliyyətidir. O çıxışında, tullantılar, iqlim dəyişikliyi, ərzaq qıtlığı və bu kimi digər qlobal problemlərə diqqət çəkərək, deyib ki, biz bəşəriyyət olaraq, birlikdə, bu problemlərə qarşı mübarizə aparmalıyıq. Bütün digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də dünya beşdən böyükdür.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Tədbirin çox aktual bir mövzuya həsr olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunması çox böyük əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, indiki və gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi bizim ortaq məsuliyyətimizdir. Sahibə Qafarova, bu mənada Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən "Sıfır tullantı" təşəbbüsünün önəmini qeyd edib.

O, 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün hazırda BMT Baş Assambleyasının qətnaməsi şəklində dünya miqyasında dəstək qazanmasını təqdir edərək, Azərbaycan Respublikasının bu qətnaməyə dəstəyini onun həmmüəllifi olmaqla nümayiş etdirdiyini diqqətə çatdırıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə"ni imzalayıb.

Çıxışda qeyd olunub ki, ətraf mühitin mühafizəsinə bütün elementlərin geniş tətbiqi ilə kompleks yanaşma uğura aparan yeganə səmərəli yoldur. Bu mənada, Dayanıqlı İnkişaf Məqsədləri ümumi hədəflərimizə çatmaq üçün mühüm çərçivədir. Bu məsələnin Azərbaycan üçün də prioritet təşkil etdiyini bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkəmizdə qəbul olunan milli plan və strategiyalar ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə, Dayanıqlı İnkişaf Məqsədlərinin prioritet və hədəflərinə uyğunlaşdırılıb. Belə ki, təmiz ətraf mühit və yaşıl inkişaf 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında tullantıların səmərəli idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi, tullantıların məlumat bazasının və elektron informasiya sisteminin yaradılması, tullantıların təkrar emalının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, bütün ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlik daşıyırlar. Lakin təəssüf ki, heç də bütün ölkələr bu öhdəliklərə əməl etmir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpaqları və çayları, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirib. Azərbaycan 2020-ci ildə ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji", "sıfır emissiya" və "sıfır tullantı" konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər və kəndlər salınır. Və bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.

Çıxşının sonunda spiker bir daha tədbirin əhəmiyyətini qeyd edib və iclasın işinə uğurlar arzulayıb.

Paylaş:
313

Son xəbərlər

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22
Bütün xəbərlər