Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

15:35 - 01 / 04 / 2023
Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər