Binəqədidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO

Qafar Ağayev15:42 - 04 / 04 / 2023
Binəqədidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO

"Azərsu" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, rayonun Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talanması aşkar edilib. 3 ay əvvəl müəssisənin su təchizatı sistemlərinə baxış keçirilən zaman sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilərək dəymiş ziyan hesablanıb. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibi şəbəkəyə yenidən özbaşına qoşulub.

Nəzarət tədbirləri zamanı Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində fəaliyyət göstərən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt ləğv edilib.

Sulutəpə qəsəbəsində yerləşən kafenin sahibi isə təchizatçı şirkətlə müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edirmiş. Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan şəxsin tikdiyi evdə də sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Aşkarlanmış hallar üzrə akt tərtib olunub, qanunsuz su xətləri ləğv edilib. Eyni zamanda su şəbəkəsinə qanuni qoşulma ilə bağlı vətəndaşlar məlumatlandırılıb. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravlik rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 958, Binəqədi rayonu üzrə 633 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 900 min kubmetr, Binəqədi rayonu üzrə 176 min kubmetr sərfiyyat bərpa olunub.

Paylaş:
337

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər