Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kimdir? - DOSYE

Qafar Ağayev17:24 - 04 / 04 / 2023
Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.

1news.az Ali Məhkəməyə sədr təyin edilən İnam Kərimovun dosyesini təqdim edir:

İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub.

Orta təhsili (1984-1994) S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında alıb. 1994-1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.

2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

2013-cü ildə elə həmin universitetdə hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

2023-ci ilin aprelin 4-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

İnam Kərimov eyni gündə Prezident İlham Əliyevin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək, Ali Məhkəmənin sədri vəzifəsinə təyin edilib.

O, ingilis, fransız, rus və fars dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Paylaş:
2957

Son xəbərlər

İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb06 / 06 / 2023, 17:52Qəbul imtahanları qaydaları pozan 17 nəfərin nəticələri ləğv olunub06 / 06 / 2023, 17:50II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib06 / 06 / 2023, 17:44Monqolustan Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət edib06 / 06 / 2023, 17:35Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib06 / 06 / 2023, 17:35Lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb06 / 06 / 2023, 17:27Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib06 / 06 / 2023, 17:07Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO06 / 06 / 2023, 17:06Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib06 / 06 / 2023, 17:03Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb06 / 06 / 2023, 16:48Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?06 / 06 / 2023, 16:42Yoluxanların sayı açıqlandı06 / 06 / 2023, 16:40Teymur Musayev Türkiyənin səhiyyə nazirinə məktub ünvanlayıb06 / 06 / 2023, 16:32Avropa Oyunlarının medalları təqdim olunub06 / 06 / 2023, 16:24Milli Məclis iki sazişi ratifikasiya edəcək06 / 06 / 2023, 16:15Qərbi Azərbaycan İcması bəyanat yayıb06 / 06 / 2023, 16:04Türkiyədə “Uber”in fəaliyyəti qadağan edilib06 / 06 / 2023, 15:56ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb06 / 06 / 2023, 15:5187 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO06 / 06 / 2023, 15:42Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xərclər üçün maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib06 / 06 / 2023, 15:33
Bütün xəbərlər

Next TV