Goranboyda qəbiristanlıqda maşına atəş açan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda qəbiristanlıqda maşına atəş açan şəxs saxlanılıb

10:20 - 05 / 04 / 2023
Goranboyda qəbiristanlıqda maşına atəş açan şəxs saxlanılıb

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbirstanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərki-silah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş orada 2 dəfə havaya, 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər