Ordumuz Naxçıvanda təlim keçirdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordumuz Naxçıvanda təlim keçirdi - FOTO - VİDEO

17:16 - 06 / 04 / 2023
Ordumuz Naxçıvanda təlim keçirdi - FOTO - VİDEO

Naxçıvanda komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.

Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşrutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.

Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artileriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədləri ələ keçirib.

Xüsusi təyinatlı, artileriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər