Qubada qanunsuz kömür quyusu aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada qanunsuz kömür quyusu aşkar edilib

Qafar Ağayev09:05 - 06 / 04 / 2023
Qubada qanunsuz kömür quyusu aşkar edilib

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, qanunsuz kömür istehsal edənin rayonun Əski-İqriq kənd sakini İsmayıl Şabanov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Paylaş:
213

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər