Həm hücumun, həm də müdafiənin öyrədildiyi Kibertəhlükəsizlik Mərkəzindən REPORTAJ - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Həm hücumun, həm də müdafiənin öyrədildiyi Kibertəhlükəsizlik Mərkəzindən REPORTAJ - FOTO

Qafar Ağayev11:46 - 06 / 04 / 2023
Həm hücumun, həm də müdafiənin öyrədildiyi Kibertəhlükəsizlik Mərkəzindən REPORTAJ - FOTO

Müasir dövrümüzü internetsiz, texnologiyasız təsəvvür etmək mümkün deyil.

Texnologiyalar, rəqəmsallıq inkişaf etdikcə təhdidlərdə təhlükələr də artır. Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da kibertəhlükəsizlik məsələləri son illərin ən aktual məsələlərindəndir.

Elə bütün bunları nəzərə alaraq, Azərbaycanda yüksək ixtisaslı kadrlar yetişdircək Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.

“PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində “Technion” İnstitutunun peşəkar müəllimləri Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisləri yetişdirəcək.

Jurnalistlər üçün yeni yaradılan Kibertəhlükəsizlik Mərkəzinə mediatur təşkil olunub.

1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda mərkəz haqda, görüləcək işlər haqda məlumat verilib.

Mediatur zamanı jurnalistlərə mərkəzlə bağlı ətraflı məlumat verilib və media nümayəndələri mərkəzdə yaradılan şəraitlə tanış olublar. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara və müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova açıqlamasında bildirib ki, Mərkəz kibertəhlükəsizlik sahəsində mütəxəsislərin yetişməsində önəmli rol oynayacaq:

“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunub. Seçimlərdə namizədlərin ingilis dili və riyaziyyat biliklərinə üstünlük verilib. Burada tədris ingilis dilində keçirilir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək. “Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək”.

Media nümayəndələrini Kibertəhlükəsizlik Mərkəzi ilə tanış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri Gülnar Mirhüseynova bildirib ki, burada hazırlanan kadrlar bir neçə il sonra özləri təlimçi olacaq:

“Bu mərkəzdə 21 otaq var. Otaqda olan avadanlıqlar İsrailin “Tecnion” universitetinin mütəxəssislərinin tövsiyələrinə uyğun hazırlanıb.

Proqrama əsasən, keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq”.

G.Mirhüseynova əlavə edib ki, “Technion” institutu 3 il ərzində mütəmadi olaraq öz mütəxəssislərini Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlər verməyə göndərəcək.

“ Ancaq bu müddət ərzində biz yerli mütəxəssislərin hazırlanması istiqamətində işlər görəcəyik. Məzun olanlar 3 il sonra özləri təlimçi ola biləcəklər”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, Hal-hazırda Azərbaycanda rəqəmsallıq bir çox istiqamətlərdə həcmini artırıb.

“Həm dövlət qurumlarında, həm özəl sektorda rəqəmsallıq həcmini artırdığı üçün kibertəhlükəsizlik mütəxəssislərinin sayının da artmasına ehtiyac var. Bu baxımdam belə mərkəzlər önəmlidir. Artıq Azərbaycanda da xarici təcrübə əsasında, proqramlar əsasında keyfiyyətli insan resurslarının yetişəcəyi mərkəz yaranıb. Bu tip mərkəzlərdə kibertəhlükəsizliyin həcmi artacaq”

Qeyd edək ki, 28 mart tarixində baş tutan açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər. Onlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Paylaş:
2333

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər