Bakıda bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək

10:14 - 08 / 04 / 2023
Bakıda bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək

Aprelin 10-dan "Bakı Metropoliteni" QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", - deyə agentlik bəyan edib.

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər