Mərdəkan-Zağulba yolunda hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərdəkan-Zağulba yolunda hərəkət məhdudlaşdırılacaq

16:52 - 10 / 04 / 2023
Mərdəkan-Zağulba yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər