Tanınmış ifaçı Təranə Səmədovanın övladlarını himayəsinə götürüb | 1news.az | Xəbərlər
Mədəniyyət

Tanınmış ifaçı Təranə Səmədovanın övladlarını himayəsinə götürüb

13:29 - 11 / 04 / 2023
Tanınmış ifaçı Təranə Səmədovanın övladlarını himayəsinə götürüb

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürüb.

1news.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni valideynlərdən etibarnamə almadan prodüserin qızlarını sığınacaqdan götürərək bağ evinə aparıb.

Məsələ ilə bağlı danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu faktı təsdiqləyib. O, bildirib ki, uşaqlar hazırda Rəqsanə İsmayılovanın yanındadır:

“Valideyn icazəsi ilə bağlı olan məsələyə aydınlıq gətirim. Valideyn hal-hazırda təcridxanadadır. İkincisi, uşaqlar dövlət qurumlarının iştirakı ilə sığınacağa təhvil verilib və uşağın istəyi ilə bir müddət - rəsmi qəyyum təyin olunanadək Rəqsanə İsmayılovanın yanında qalmasını bildirib. Biz bununla bağlı aidiyyatı qurumlara da məlumat vermişik”.

Onun sözlərinə görə, uşaqlar müğənninin yanında qaldığı müddətcə aidiyyatı orqanlar tərəfindən nəzarətdə saxlanılır və onların vəziyyəti ilə bağlı mütəmadi məlumat alınır:

“Uşaqlar Rəqsanə İsmayılovanın yanında qaldığı müddətdə Sosial Xidmətlər Agentliyi, Xətai Rayon İcra Hakimiyyəti, polis bölməsi hər biri uşaqların vəziyyəti ilə yerində gedib maraqlanıb, mən də getmişəm. Bu ziyarətdə iştirak edib uşaqların vəziyyətini qiymətləndirmişəm.

Ananın icazəsi olmadan dediyiniz məsələyə gəldikdə isə ana bu iki ay boyu gah dedi ki, övladlarım uşaq sığınacağında qalsın, gah dedi Rəqsanəyə etibarnamə verirəm. Bütün səlahiyyətlər qanuni nümayəndə olaraq Xətai Rayon İcra Hakimiyyəti yanındakı komissiyaya aid olduğuna görə, uşaqlar adıçəkilən qurumlar tərəfindən nəzarətdə saxlanılır”.

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Paylaş:
1555

Son xəbərlər

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59
Bütün xəbərlər