“Buta Airways”in təyyarəsi təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways”in təyyarəsi təcili eniş edib

11:55 - 13 / 04 / 2023
“Buta Airways”in təyyarəsi təcili eniş edib

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

1news.az xəbər verir ki, təyyarə yerli vaxtıla saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər